Bahar gəlir, dərələrÇiçəklənir, güllənir,Bülbüllər axşam-səhərBudaqlarda dillənir.Hamısı bir ağızdanDüzür bahara dastan.

Günəş doğur, şəfəqlərÜfüqlərə yayılır.Quşlar tutunca xəbər,Yuxusundan ayılır.Şənləndirir hər kəsiBir musiqi məclisi.

Mənim də var baharım,Çiçəklərim, günəşim.Qəlbim, ruhum, şüarım.İsindirən atəşim:Azadlığın şən qızı,İnsanlığın ulduzu!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar