Zəfər nəğməsi
Gözün aydın, ey müzəffər xalqımın oğlu, qızı!Gözün aydın, doğdu artıq şanlı zəfər ulduzu!Gözün aydın, gecə-gündüz yol gözləyən analar!Ey gəlinlər, ey bacılar, qalxın ki, toy-bayram var!Qaranlığı parçalayıb şəfqət saçan bu səhər,Gözaydınlıq verir bizə, gətirmişdir xoş xəbər:El şənliyi başdan aşmış, toy-bayram var hər yerdə.Üstümüzdən qaldırıldı dəhşət saçan o pərdə.Sevin, artıq bundan sonra şanlı həyat sənindir!Şən və azad nəfəs alan bu kainat sənindir!
Kitabxana.az · https://kitabxana.az/works/saiq-zefer-negmesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir