Vətən nəğməsi
Ey dünyaya aydınlıq saçan odlar diyarı!Sən ey sönməz günəşin xəzangörməz baharı!Ey şərəfli tarixim, ey xalqımın vüqarı!Ata-baba irsidir qəlbimizdə axan qan!Əsirgəməz övladın səndən can, Azərbaycan!
Düşmənlərin gözü var torpağında, daşında.İldırımlar partlamış əyilməyən başında.Süngü, qılınc oynatmış babalarım qarşında.Qoymamışdır qoynuna girsin amansız düşman,Əsirgəməz övladın səndən can, Azərbaycan!
Həqiqi bir cənnətdir hər bir gözəl bucağın,Ən sevimli beşikdir bizə ana qucağın.Sönməyən bir məşəldir şer, sənət ocağın.Səndən alır ilhamı hər bir quran, yaradan,Əsirgəməz övladın səndən can, Azərbaycan!
Şəfəq təki çağlayan səhərlərin var sənin.Koroğlu, Babək, Nəbi, Həcərlərin var sənin.Tarix yazmış alnına – zəfərlərin var sənin.Qəhrəmanlıq yadigar qalmış ata-babadan,Əsirgəməz övladın səndən can, Azərbaycan!
Kitabxana.az · https://kitabxana.az/works/saiq-veten-negmesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mövzusu Nizami Gəncəvinin “Şərəfnamə”poemasından alınmışdır
Sultan Səncər və qarıMövzusu Nizami Gəncəvinin “Sirlər xəzinəsi”poemasından alınmışdır
Zalım padşah və əkinçiO gündən ki, insan oğluBu dünyaya ayaq basmış.
NüşabəBeş pərdə on iki şəkildə mənzum dramƏsər Nizami Gəncəvinin “İskəndərnamə” poeması əsasında yazılmışdır.*
Başqa şairlərin şeirləri · Vətən
Xosrov dedi: "Mənə çərx gərdişindən,Bu yerdən, havadan bir az danış sən."
Həsrət nəğməsiMüşfiq üçün*Naxçıvan nisgillər açarçısıdır,
Susa bilmirəmGöydə qövsi-qüzeh naxışlananda,Otlar şeh altında par-par yananda,
GəlirsənSəhralarda seyr eləyən xan oğlu,Bir xəbər ver görüm handan gəlirsən?