Mövzusu Nizami Gəncəvinin “Şərəfnamə”poemasından alınmışdır

Yunanlı Filippin oğlu İsgəndərHər yana at sürdü, qazandı zəfər.Fəth etdi Həbəşi, Hindi, İranı,Fəth etmək istədi bütün dünyanı.Oradan üz qoydu Azərbaycana,Qəhrəman ordunu çəkdi Muğana.Fatehin ürəyi olduqca şəndi,Bərdəyə çatınca atından endi.Tərtər sahilində çadır quruldu.Hər təpə yanında bayraq vuruldu.Açdı o, çəməndə şənlik məclisi,Bülbülə qarışdı xanəndə səsi.O yerdə başladı istirahətə,Daldı bir neçə gün eyşə, işrətə.Xoş olur gül-çiçək çağı ruzigar,İnsana ruh verir sevimli bahar.Güllərlə şənlənir hər çəmən, hər bağ.Hər yaşıl qönçədə yanır yüz çıraq.Nə qədər gözəldir, şəndir bu Bərdə!Üstünə çəkilmiş yamyaşıl pərdə.Meşəsi, çəməni cənnətə bənzər,O yaşıl ölkəni suvarır Tərtər.Ucalır kəkliyin, turacın səsi.Gözəldir söyüdün, sərvin kölgəsi.Gözəllik yurdudur bu Azərbaycan,Onda çox xəzinə gizləmiş dövran.Torpağı silinmiş qəmdən, kədərdən,Nəğmələr içində dincəlir şən-şən.Zəngin görəcəksən bu təbiəti,Vardır aşıb-daşan naz-neməti.Bu gözəl yerləri dolanıb gəzsən,Şənlikdən başqa bir əsər görməzsən.İsgəndər o yerə çəkincə ordu,Bayraqlar başını göylərə vurdu.Soruşdu: “ – Kimindir bu xoş seyrəngah?Belə şən ölkəyə, deyin, kimdir şah?”Dedilər: “ – Gördüyün bu yer, bu dövlətOlmuşdur bir gözəl qadına qismət.Qadındır kişidən ürəkli, qoçaq,Dəniz incisindən təmiz və parlaq.Tayı yox ağılda, adda və sanda,Ölkəni becərir çətin zamanda.Pərdə arxasında keçirir həyat,Öz doğma yurdundan verir qol-qanad.Sarayda ağıllı qadınları var,Dövlət işlərini aparır onlar.Mərmərdən şahanə vardır sarayı,Yoxdur yer üzündə heç onun tayı.Büllurdan taxtı var, göyə vurur baş.Üstünə rəngbərəng tökülmüş daş-qaş”.İsgəndər bu sözə heyrət edərək.Dedi: “ – Bu cəlalı mən görüm gərək!”Paltarın dəyişdi, elçiyəm deyəNüşabə xatunu getdi görməyə.İsgəndər sərhədə basınca ayaq,Keşikçi pəhlivan qadınlar bayaqAldılar üstünü: “ – Sən kimsən?” – deyə.Sonrasa göstərib hörmət elçiyə,Nüşabə xatuna verdilər xəbərKi elçi göndərmiş fateh İsgəndər,Nüşabə sarayı bəzədi artıq,O gələn yollara vurdu yaraşıq.Durdu cərgə-cərgə qadın pəhlivan,Əlində sıyırma qılınc və qalxan.Padşahlıq təxtinə oturdu xoşhal,Əlində ətirli, gözəl portağal,Əmr etdi: “ – Şahların ayini üzrəİsgəndər elçisi gəlsin hüzurə!”İsgəndər saraya basınca ayaq,Titrətdi onu bu şövkət, təmtəraq.O gözəl sarayda bir hikmət gördü,Cənnətdən də gözəl bir cənnət gördü,Düşündü: “Qadında siyasətə bax!Qurduğu dövlətə, şan-şövkətə bax!”O, dövlət, şövkətə oxudu əhsən.Sonra Nüşabəyə yanaşdı həmən,Söylədi: “ – Yunanlı böyük İsgəndər,Salamlar göndərir sizə, ey sərvər!Deyir ki, nə üçün saymadın məni?Saymadın ən uca başlar əyəni.Hörmətcə çox ad, san qazanmış adın.Nə üçün məni bəs qarşılamadın?Səndə heç yoxdurmu azca nəzakət?Qaniçən qılıncdan qorxmadın nədən?Yoxsa İsgəndəri aciz sandın sən?”Nüşabə baxınca tanıdı onu,Bildi bu oynanan gizli oyunu.Dedi: “ – Ey padşah, eşq olsun sənə!Elçilik edirsən özün-özünə.Məni cahil qadın sanma bu qədər,Gəl yalan söyləmə, sənsən İsgəndər!”Bu sözdən İsgəndər düşdü qorxuya,Gördü ki, tutmadı bu rəng, bu boya;Dedi: “ – Ey şövkətli, böyük hökmran!İsgəndər deyiləm, elçiyəm ondan.Mən hara, o fateh İsgəndər hara?O ovçu qartalı bənzətmə sara”.Nüşabə gülərək dedi: “ – Mənə bax,Günəşə palçıqdan vurursan suvaq.Vəzirə əmr etdi: “ – Mənə bax, Gövhər!Şahlarla bəzənmiş ipəyi göstər!Qoy görsün ipəkdə öz surətini,Biliksiz bir qadın saymasın məni”.İsgəndər bu işdən düşdü qorxuya,Düşündü: “Düşmüşəm qəribə toya.İsgəndər olduğum olsa aşikar,Bu qadın başıma min oyun açar”.Şəkilli ipəyi gətirdi Gövhər.Nüşabə dedi: “ – Ey böyük İsgəndər!Bunu tut əlində, diqqət ilə bax,Nədir bu İsgəndər şəkilli bucaq?Görüb surətini dondu bu işə,Ay kimi ağardı, düşdü təşvişə:“Nə üçün oynadım böylə oyunu?”Nüşabə pərişan görüncə onu,Dedi: “ – Ey şövkətli, uca tacidar,Belə bir zamanda çərx oyun açar.Hörmətim var sənə, qorxma, bunu bil,Bu ev öz evindir, başqa ev deyil.Bu şəkli onunçün göstərdim ki, sənMənim də şəklimi aydın görəsən.Kişiyə oxşaram, olsam da qadın,Hər işi bəllidir mənə dünyanın.Mən də bir aslanam, düşünsən bir az:Aslanın dişisi, erkəyi olmaz!Qara, sıx bulud tək coşduğum zaman,Sudan od saçaram, tüstüdən duman”.Əmr etdi: “ – Şahanə bir süfrə açın!Ortaya hər çeşid naz-nemət saçın!”Bir xonça düzüldü günəşdən parlaq;İçində dörd büllur kasa qoyaraq,Biri ləl, o biri qızılla dolmuş,Biri dürr, birinə yaqut qoyulmuş.Nüşabə dedi: “ – Ey böyük hökmran.Yeyin sevdiyiniz bu təamlardan”.Bu sözə gülərək dedi İsgəndər:“ – Ölçüsüz danışma, tökməyəsən tər.Mən ki kor deyiləm, gözlərim görür,Xonçaya düzülmüş almaz, yaqut, dürr.Daşı da yeyərmi ağıllı insan?Bu rəngi təbiət həzm etməz, inan!Öylə bir yemək ver, mədəmiz dolsun,Həvəslə ona əl uzatmaq olsun.Mədəyə yol tapmaz bu qatı daşlar”.Nüşabə gülərək dedi: “ – Tacidar,Eləsə, yaramaz bu daşlar üçünBu qədər çalışmaq, vuruşmaq neçin?Çalış bu daşlardan açılsın yollar,Daşı daş üstünə qoymaq nə yarar”.Ağıllı qadının bu sözlərindənGülərək, söylədi o poladbədən:“ – Doğru söyləyirsən, bu daş-qaş iləHər sərraf ancaq daş keçirir ələ.O zaman kəsərli olardı sözün,Əvvəl bu daş-qaşdan qaçaydın özün.Xonçanda kasalar daş-qaşla daşır,Bu töhmət daha çox kimə yaraşır?..Bununla bərabər diqqət edincə,Sözlərin yerlidir, doğrudur məncə”.Nüşabə əmr etdi:” – Gülsün diləklər,Süfrəyə düzülsün əlvan yeməklər!”Xidmətçi kənizlər qalxdı ayağa,Şahanə bir süfrə hazırlamağa.Müxtəlif yeməklər axdı hər yandan,Süfrəyə xuruşlar gəldi al-əlvan.Qızlar ləyaqətlə hünər saçdılar,Məclisdə başqa bir büsat açdılar.Onlar məharətlə verdi səs-səsə,Oxuya-oxuya başladı rəqsə:

– Tərtər çayı, daşırsan,Sahilləri aşırsan;Bostanlarda, bağlardaBizimlə oynaşırsan.

Tərtər çayı, dalğan ağ,Suyun gümüşdən parlaq.Yol sal bizim bağçaya,Sən çal, biz də oynayaq.Tərtər çayı, gəl barıBizim dəhnəyə sarı.Aç qoynunu yıxansınElin gözəl qızları.

İsgəndər qəlbindən sildi kədəri,Dedi: “ – Ey ölkənin parlaq ülkəri!Sizin bu diyarın çalğısı, rəqsi,Xüsusən qızların bu şaqraq səsiİnsanı başqa bir aləmə atır,Gözündə, qəlbində fərəh oyadır.Bilirəm, sizdə bir gözəl adət var,Bahara, atəşə böyük hörmət var.Həməl bürcündədir işıqlı günəş;İzin ver, məclisdə parlasın atəş.Yeni il gələcək, canlansın şənlik,Coşsun hər ürəkdə duyğu və mənlik”.Nüşabə bu sözdən olaraq çox şən,Bəzəkli tovuz tək qalxdı yerindən,Gözündə atəşli şimşəklər çaxdı,Şahanə əlilə bir atəş yaxdı.İsgəndər dedi: “ – O parlaq günəşə,Eşq olsun Nüşabə yaxan atəşə!Atəşdən yaranmış bütün kainat.Atəşlə canlanır, nurlanır həyat”.Sarayın qızları verdi səs-səsə,Oxuya-oxuya başladı rəqsə:

– Bir qırmızı güldü, atəş,Bir dəstə sünbüldür atəş.Bağdan dərilmiş lalədir,İçilməz al piyalədir.Bir xonçadır al günəşdən.Həyat gəlir bu atəşdən.Nə gözəldir şən nəğməsi,Ruha nəşə verir səsi.Bitincə oyunlar, gözəl nəğmələr,Yerindən qalxaraq, dedi İsgəndər:“ – Çox sağ ol, günümüz xoş keçdi gerçək”.Nüşabə hörmətlə dedi gülərək:“ – İxtiyar sizindir, bizdə hər qonaqƏzizdir, vəzifəm hörmətdir ancaq!”Qonağı hörmətlə o, yola saldı,Ölkə bu hörmətdən salamat qaldı.Ürəkdən dost oldu o, Nüşabəyə,Utandı düşmən tək qılınc çəkməyə,Ordunu götürüb, AzərbaycandanSülh ilə qayıtdı, tökülmədi qan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci fəsil

Məhərrəm əmi Gəncə vilayətinin Palçıqlı kəndində anadan olmuşdu. Atası Heydər kişi ağır bir ailə sahibi və yoxsul bir kəndli idi. Var-dövləti iki öküz və bir parça əkin yerindən ibarət olduğundan o öz ağır ailəsini idarə edə bilmək üçün başqalarına rəncbərlik etməyə məcbur olurdu. Məhərrəm on beş yaşında ikən atası Heydər ağır xəstəlikdən vəfat etmişdi. Avam və bacarıqsız anası yoxsul ailə həyatının ağır zərbələrinə davam gətirməyib, bir il sonra həyata vida etmiş olduğundan uşaqları tamamilə başsız qalmışdı. Ailə həyatında olan bu iki müdhiş faciə kiçik Məhərrəmin bütün varlığını sarsıtmış, həyatını alt-üst etmişdi. Ömrünün bahar çiçəklərini qoxulamadan, gənclik zövq və səfasını duymadan iki müdhiş xəzan görmüş olan gənc Məhərrəm, həyatın ağır boyunduruğu altına girməyə, onunla üz-üzə gələn ağır həqiqətlərlə çarpışmağa məcbur olmuşdu. Kimsəsiz yetim bacılarının yaşlı gözləri yalnız ona dikilmişdi. O, gənc ikən arxasına almış olduğu bu yükü namusla daşımaq üçün çox yollar düşündü. Bu ağır vəziyyətin altından çıxmaq üçün o, şəhərə köçməyə qərar verdi. Fəhləlikdən qazandığı pulla bacılarını dolandırırdı. Şəhər həyatı çalışmaq üçün onun gözləri önündə geniş bir sahə açmışdı. Çalışmaq və çarpışmağın zövqünü dadmış, yaşadığı dövr və mühitin qayəsini az-çox anlamışdı. Onun zəif vücudu ağır yük daşımağa qadir olmadığından şəhərdə bir əttar dükanı açdı. Ancaq yazı-pozu bilmədiyindən, gəlirçıxarını lazımınca təyin etmədiyindən oxumaq fikri ilə qohumlarından bir mollanın yanına gedib yazı-pozu öyrətməsini ondan xahiş etdi. Molla istehza ilə gülərək: “Bu mahal bir əmrdir, yazı-pozu öyrənmək üçün azı yeddi-səkkiz il çalışmaq lazımdır” – deyə onu başından etdi. Məhərrəmin azərbaycanca oxumaqdan ümidi kəsildikdən sonra rusca oxumağa başladı. Cahil məhəllə adamları rusca oxuduğuna görə ona “rus Məhərrəm” adı verdilər. Məhərrəm bu sözlərə əsla əhəmiyyət verməyib oxumaqda davam edirdi. Bu aralıq hər iki bacısını köçürmüş olduğundan özünü daha sərbəst hiss edirdi. şərqin çürük mövhumatpərəst və dedi-qodulu həyatı onu sıxdığından bu mühitdən uzaqlaşmaq, daha mədəni bir həyata atılmaq üçün tədbirlər düşünməyə başladı. Nəhayət, kasıb bir ailədən yenicə evləndiyi Firuzəni də götürərək, Rusiyanın mərkəzi olan Peterburqa köçdü, tam qırx il orada ticarətlə məşğul oldu. O, yalnız ticarət adamı deyildi; eyni zamanda cəmiyyət adamı idi də. Xüsusi ticarət işlərindən artıq onu Qafqaz türklərinin iqtisadi, siyasi və mədəni həyatı da düşündürürdü. O bu yolda çalışmaq, bacardığı köməkliyi etmək istəyirdi. Lakin təhsili az olduğundan buna lazımınca müvəffəq ola bilmirdi. O özünü bir yanı iflic adam kimi hiss etdiyinə baxmayaraq, bu yolda çalışmağı bir vəzifə bilirdi. O zaman az da olsa Peterburqun ali məktəblərində təhsil almaqda olan azərbaycanlı tələbələrlə görüşür, onlara maddi kömək edir, tələbələrə məxsus yardım kassası açmaq, qiraətxana təsis etmək kimi məsələlər ortaya ataraq onun tətbiqinə çalışırdı. Öz xalqının istedadına inanmış olduğundan: “Bizim xalqımızın içinə Qərb mədəniyyəti girərsə, gələcəkdə böyük adamlar yetişdirə biləcəkdir” deyirdi. Ona görə də Peterburq universitetində təhsil almaqda olan dörd-beş studentin gələcəyinə böyük ümid bəsləyirdi. Onlarla tez-tez görüşür, bütün dərdlərinə, sevinclərinə şərik olurdu. Bu dörd-beş tələbə ona bir ordu kimi görünürdü. Onlarla görüşdüyü zaman özündə o qədər ruh yüksəkliyi hiss edir, o qədər şən və bəxtiyar görünürdü ki, sevincindən dünyalara sığmırdı. Tələbələr də bu saf, səmimi və fədakar adama qarşı dərin bir hörmət bəsləyirdilər. O görünən kimi hamısı başına toplanaraq, onu danışdırmağa çalışırdı. Məhərrəm əmi Qafqaz müsəlmanlarının geri qalmasını ruhanilərdə və köhnə İran padşahlarında görürdü. Ona görə də arabir söz açaraq, tələbələrə deyirdi:– Bizim iki böyük düşmənimiz var: biri İranda, Ərəbistanda təhsil almış ruhanilər və İranı aşıb gələn mərsiyəxanlardır. İkincisi xalqı istibdad pəncəsində əzməkdə olan əyyaş və başsız İran padşahlarıdır. Birincilərdən yaxamızı qurtarmaq üçün Qərb mədəniyyətini xalqımızın içinə geniş-geniş yaymaq və mənimsəmək, ikincidən qurtarmaq üçün isə İranda geniş bir inqilab hazırlayıb, ölkəni bu əyyaş, məğrur və xudpəsənd Qacar nəslinin ağır pəncəsindən qurtarmaq lazımdır.

190918 dəq
Üçüncü fəsil

Bayram axşamı idi. Məktəb şagirdlərinin bir qismi öz evinə, bir qismi qohum-əqrəbasının, yaxın dost-aşnasının evinə, bir qismi də teatr və müsamirəyə getmişdi. Bayram Əhməddə acı bir düşüncə doğurmuş olduğundan o bu axşam heç bir yerə getməyərək geniş, səssiz dəhlizlərində dalğın-dalğın dolaşır, yalqızlığını, kimsəsizliyini düşündükcə amansız bir duyğu qurd kimi qəlbini gəmirirdi. Bu sıxıntılı düşüncələrlə salona girdi. Hər zaman yoldaşlarının şən gurultuları ilə canlanan salon indi səssiz-səmirsiz, onun kimi yalqız və kimsəsiz görünürdü. Köksünə sığmayan kədərlərini unutmaq fikri ilə pəncərəyə yanaşdı. Yoldan keçən arabaları, evlərinə şirni daşıyan üstü-başı təmiz adamları, qoltuqları dolu evlərinə tələsən şən uşaqları gördükcə acı bir düşüncə qəlbini dəlir, ruhunun işığını söndürürdü. Hətta yiyəsinin arxasınca qaçan köpəkləri gördükdə dərindən içini çəkdi: “bax. bu köpəklər də məndən xoşbəxtdir! Bunlar da bayram olduğunu hiss edərək, quyruqlarını oynada-oynada yiyələrinin şadlığında iştirak edirlər. Mən isə...”.İçindəki sıxıntı və həyəcandan sözlərini bitirə bilmədi. Gözləri yaşardı. Başını pəncərədən çəkərək, ortalıqdakı skamyanın üzərinə yıxıldı. Həzin-həzin düşünərək, qəlbində bu bayram axşamı münasibəti ilə Məhərrəm əminin evinə getmək arzusu canlandı. Bu xüsusda bir az düşündü. Qəlbi ona “Get!”, əzm və iradəsi isə “Getmə!” deyirdi. Bu tərəddüd içində stola dirsəklənərək, əlindəki rus şairlərindən Lermontovun əsərini vərəqləməyə, kitabın içərisində “Mtsıri” sərlövhəli poemanı istər-istəməz mütaliə etməyə başladı. Poemanın mündərəcəsi həyatına uyğun olduğundan daha böyük bir maraqla oxumağa, əsərin qəhrəmanı olan uşağın halını öz halına bənzətməyə çalışırdı. Bu düşüncə onu uzaqlara aparır, ixtiyarsız olaraq öz ata-anasını, yoxsul olmaqla bərabər şən və sadə ailə həyatını, atasının, anasının vəfatını, yetimliyini, həyatın qaranlıq və qorxunc çöllərində başsız. kimsəsiz, çaşqın-çaşqın dolaşdığı zaman Məhərrəm əminin yol göstərən bir ulduz kimi qarşısında parlayaraq, ona həyat və səadət yolunu göstərdiyini acı-acı düşünürdü. Sonra əsərin qəhrəmanı olan uşağın əsir düşüb vətənindən, ata-anasından, azad, geniş yaşıl yamaclardan, güllü çəmənlərdən ayrılaraq, bahar ömrünü monastrın sıxıntılı, kədərli qalın divarları arasında keçirməsini özünün məktəb divarları arasında inləyə-inləyə yaşamasına bənzətdi. bu fikirlərlə o qədər məşğul idi ki, qapı ağzına qədər gələn ayaq səslərini eşidə bilməmişdi. Birdən-birə qulaqları dibində gurlayan qəhqəhədən dik qalxdı. Əşrəfi görüncə əlini uzadaraq:

190916 dəq
Dördüncü fəsil

Bakı stansiyasına çatdığı və şəhərin mənzərəsini uzaqdan gördüyü zaman onda başqa bir hal doğdu: – “Qoca Bakı, yenə qovuşdum sənə!” – deyə pıçıldadı. Moskvadan çıxdığını teleqramla xəbər vermiş olduğundan yaxın dost-aşna onu qarşılamağa gəlmişdi. Görüşdülər, matəm münasibəti ilə ona təsəlli və başsağlığı verdilər. Sonra oradan birlikdə evə gəldilər.Atası Ağamürsəlin həftəsi idi. Bir neçə gün təziyədarlıq və dostaşnanı qəbulla məşğul oldu. Sonra atasının qoyub getdiyi əmlak və sərvətin hesabına oturdu. Ağamürsəl son günlər ağır borca düşdüyündən mülklərinin bir çoxunu satmışdı. Həyatının son dəqiqələrində klubda qumar oynarkən yüz min manat uduzmuş, bir buruğunu da bir mədənçinin yanında girov qoymağa məcbur olmuşdu. Klubda oyun stolu üzərində bir əli ilə qədəhi dodaqlarına götürdüyü, o biri əli ilə də kartı açmaq istərkən ürək partlamasından vəfat etmişdi. Atasının bu qədər israfçı və belə faciəli ölümü Əşrəfi çox düşündürdü. O, əvvəlcə əyyaşlıq və səfaləti ataraq işə ciddi yapışmaq və atasının puç etdiyi sərvəti yenidən qazanmaq, buruğu girovdan çıxartmaq istədi. Ancaq Moskva həyatı bütün qüvvəti ilə onu özünə doğru çəkməyə başladı, o bütün əşya və əmlakını satıb Moskvada yaşamağa qərar verdi, çünki Bakı onu sıxırdı. Başqa sərvətdarların oğulları ilə rəqabət etmək iqtidarı qalmamışdı. Bu səbəbə görə Bakıdan tamamilə uzaqlaşmaq istəyirdi. Lakin o günlərdə Gülcahan xala ilə görüşməsi onu Moskva səfərindən daşınmağa məcbur etdi.

19097 dəq
Beşinci fəsil

Əhməd dörd il Moskvada çalışdı, çapaladı, hər çətinlik və zəhmətə qatlanaraq, geoloji fakültəni bitirdi. O, artıq Moskvanın küçələrinə sığmırdı. Nə demək, bu onun üçün az şey deyildi. Bilik səhnəsindən həyat cəbhəsinə atılmış, maddi və mənəvi ehtiyacını təmin edəcək ixtisas sahibi olmuşdu. O gün Moskvanın ən gözəl gəzinti yerlərini saatlarla dolaşdı. Ən böyük küçələrdəki iri mağazaların sərgisini dərin bir nəşə və maraq içində nəzərdən keçirdi. Ancaq onun gənc köksünü və daşqın qəlbini axın-axın doldurmaqda olan sevinclərində iştirak edəcək bir kimsə tapmadı. Artıq o gözəl bağçalar, gəzintilər, o geniş küçələr onu sıxmağa başladı. O hamıdan artıq Məhərrəm əmini xatırladı. Əllərini köksü üzərində çarpazlayaraq:– Ah, o indi yanımda olmalı idi! – dedi, – Həm diplomumu göstərərək sevincimi onunla bölüşər, həm də gələcəkdə görəcəyim işlər haqqında ona geniş məlumat verərdim.

190923 dəq

Başqa şairlərin şeirləri