O gözəldi, bu gözəl
Nagah yerdən üç gözələ tuş oldum,Biləmmədim, o gözəldi, bu gözəl.Camalları bənzər bayram ayına,Seçən yoxdu, o gözəldi, bu gözəl.
Birisi sultandı, əyləşib taxtda,Biri kəşt eyləyir kefdə,damaqda.Birinin gözləri canlar almaqda,Seçəmmədim, o gözəldi, bu gözəl.
Əsəd girməz hər məclisə, hər toya,Zəhməti, zilləti getməsin zaya.Sərraflar yığışıb qiymətin qoya,Qoy desinlər, o gözəldi, bu gözəl.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-esed-o-gozeldi-bu-gozel
← → düymələri ilə keçid, R — təsadüfi şeir