Oğrun-oğrun daldalardanBaxmağı kimdən öyrəndin?Qafildən könlüm eviniYıxmağı kimdən öyrəndin?

Gül xəcildi yanağına,Bal bələnib dodağına.Qızıl üzük barmağınaTaxmağı kimdən öyrəndin?

Mail oldum qələm qaşa,Sədəf kimi incə dişə.Əsədin canın atəşəYaxmağı kimdən öyrəndin?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri