Ay qaraqaş, ay yaşılbaş,Qarşıda süz, ağrın alım;Cilvələnib eşqə bələn,Telini düz, ağrın alım;Dildə kəlam, əldə qələmDərdimi yaz, ağrın alım;Firqətindən, həsrətindənOldum nasaz, ağrın alım;Al hava, gətir dəva,Eyləmə naz, ağrın alım.

Boyu bəstə, oldum xəstə,Mən yazığa sən rəhm elə.Üz qəmər, müşkü ənbərXub yaraşır siyah telə;Altından al, bir qumaş şalDolayıbsan nazik belə;Alma yanaq, qaymaq dodaq,Göz önündən getmə hələ;Gətirim saz, ol xoşavaz,Ay Sərvinaz, ağrın alım.

Bir şəhla göz, bir belə qızGörməmişəm bu dünyada.Etmir hesab, bu nainsafAşiqini salmır yada.Salma çölə, insaf elə,Mən xəstəyə versin bada.Əldə gülü, şirin diliMən görmüşəm Minayada.Keç başa, qıl tamaşa,Mən çalım saz, ağrın alım.

Ay mələk, qurma kələk,Gözlərini süz, bəri bax!Gəl mərdana, bu gərdanaSaçlarını düz, bəri bax!Bu gün yazım, şeir düzüm,Olaq üzbəüz bəri bax!Bu səhər, qoynun bahar,Açılıbdır yaz, bəri bax!Daranıb, xub yaranıbBelə şahbaz, ağrın alım.

Ay gülüm, şən bülbülüm,Cəh-cəh vurub etmə haşa;Alma yanaq, büllur buxaq,Bal bələnib dilə, dişə.Sayıl olub, mayıl olubHər kəs görsə mayıl qaşa.Bu bazardan, bədnəzərdənİllər boyu uzaq yaşa.Əsəd deyir, vəsfin yazırBir belə qız, ağrın alım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri