Gözəl səndə nə qaydadır,Salıbsan yana tellərin.Görəni candan eyləyir,Bir qoy pünhana tellərin.

Getmə dayan sən bir Allah,Görən desin a maşallah.Qiymət qoyan olmaz vallah,Getsə hər yana tellərin.

Əsədəm oda yanıram,Görcək candan usanıram,Sərrafıyam mən tanıram,Verməm İranə tellərin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri