A yaz ayları
Başladı novbahar, çəmən seyrinə,Çıxıbdı gözəllər, ay yaz ayları.Ətrin qarışıbdı çəmən ətrinə,Dolanıb gözəllər, a yaz ayları.
Səndə olar dağ, dərələr, göy çəmən,Baş verər qərənfil, nərgiz, yasəmən.Gəzərəm həvəsnən, alsam əsa mən,Könül cuşa gələr, a yaz ayları.
Miskin Abdal, ömür keçdi heyinən,Bu mətləbi “Qocadağ”a deyinən,Öləndə məzarım gül-çiçəyinən,Üstümü bəzərlər, a yaz ayları.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-abdal-a-yaz-aylari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bir iyidin bəxti olsa,Ellər ona yar olarmış.
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdəCəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
Qəzəl: Dövr gəldi, gülgəz zövq ü səfa eyləyəlimDövr gəldi, gülgəz zövq ü səfa eyləyəlim,Xari-qəmdən dili gül kimi cüda eyləyəlim
Yadıma Xəzər düşürNə zaman ki, saçımı darayıram, hörürəmYadıma Xəzər düşür, yadıma sən düşürsən.