Bu gün bir bağçanın seyrinə vardım,Bu bağın bağbanı ayaq üstədi.Könül pərvazlandı şahı görməyə,Seyraqub yatmayıb ayaq üstədi.

Salam verdim, əleyk aldım dərdindən,Səda gəldi dəryalardan, dərindən,Əlim üzməm ərənlərin əlindən,Ağam Şahi-mərdan ayaq üstədi.

Miskinəm, qılginən inayət mana,Dəruləl məqamnan şəfayət mana,İnşallah yetişər bəraət mana,Haqq özü yatmayıb, ayaq üstədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar