Rüxlərin müshəf, nigara, qaşların mehrablər,Baxdım, ol yüzdən mana fəth oldu yüz min bablər.

Zərrə ikən gün təki aləmdə məşhur olmuşam,Ta mənə düşdi sənin mehri-rüxindən tablər.

Gər sənün yüzün degül aşiqlər üçün qibləgah,Bəs nədən oldu hilali qaşların mehrablər?

Ta sənin zülfi-rüxünyi görmişəm hər sübhü şam,Gecə-gündüz giryədən gəlməz gözümə xablər.

Məqtə — şairin təxəllüsü olan son beyt. Çini-zülfin bəndinə düşdü Xətai xəstə dil,Şərbəti-ləlindir anə qənd ilə innablər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq