Roşən yüzün ki, zülfin olubdur niqab ona,Nisbətdir əbr içində məhü afitab ona.

Eşqin sənin ki, məxzəni-gənci-ilahidir,Andan durur ki, məskən olubdur xərab ona.

Eşqin nədir cahanda sənin, ey pərisifət,Heyran durur fələkdə gəzən mahtab ona.

Uyğudə gözlərim necə görsün cəmalını,Eşqində çünki gəlmədi bir zərrə xab ona.

Məqtə — şairin təxəllüsü olan son beyt. Aşiqdurur yanağına zülfin Xətai tək,Andan düşər bu vəchilə bu piçü tab ona.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq