Aşiq isən gəl bərü, kim, cani-canan məndədir,Zahida, sən xandasan, kim, nuri-iman məndədir.

Məndədir yer ilə göyin hikməti, həm qüdrəti,Abu atəş, xakü badü cümlə ərkan məndədir.

Həqtala dörd kitabı göydən endirdi yerə,Mən onu istəməzəm, çün külli-fürqan məndədir.

Katiba, ağu qərayə baxma səni azdırur,Aç qulaq, dinlə sözüm, avazi-quran məndədir.

Pəhləvanlar, çün cahanda Rüstəmi-zal olmuşam,Həm İskəndər hikməti, hökmi-Süleyman məndədir.

Əyyuba çəkdirdi çox dərdü bəlavü möhnəti,Gəl məni istəş, verəyim dərdə dərman məndədir.

Yəqubi gör, zarü giryan Yusifi-Kənan üçün,Piri-künci-xəlvətəm, uş, Misri-sultan məndədir.

Şahi-Mərdanın-Əlinin aliyəm, övladiyəm,Zülfüqarü tacü Düldül, uç nişanı məndədir.

Açarım dini-Məhəmməd, məzhəbi-Cəfər yəqin,La fəta illa Əli, bu sirri-pünhan məndədir.

Mən şəha bu canımı sidqilə qurban qılmışam,Gər qəbul qılsa vilayət, eydi-qurban məndədir.

Məqtə — şairin təxəllüsü olan son beyt. Çün Xətaiyəm şahın vəsfinyi daim söylərəm,Eşqilə bel bağlaram, dəftərlə divan məndədir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq