Arizində sünbülün ənbərfişan etmiş durur
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Arizində sünbülün ənbərfişan etmiş durur,Sanəsən kim, əqrəb ilə məhqıran etmiş durur.
Afərin, ol gül yanağlu dilbəri-rənayə kim,Hüsn bağında boyu sərvi-rəvan etmiş durur.
Zərrəmidir bilməzəm, yaxud dəhani dilbərin,Sün ilən bir mumudur, yaxud miyan etmiş durur.
Qaş ilən gözmidir ol rüxsarın üstə, ey sənəm,Yoxsa dövran fitneyi-axır zaman etmiş durur.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Xətai, ahuyi-könlün şikar etməkliyə,Dəsti-qüdrət kim, səni əbru kəman etmiş durur.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-arizinde-sunbulun-enberfisan-etmis-durur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu qəmzə deyil, bəladır, ey dust,Bu xəndə deyil, cəfadır, ey dust.
Bu surahi bir dilarami-pəri nisbətlidirBu surahi bir dilarami-pəri nisbətlidir,Şəkli bir məhbubi-şuxun peykəri nisbətlidir.
Bu sürati, filməsəl, bir dilbəri canan dururBu sürahi, filməsəl, bir dilbəri canan durur,Rahi-ruhəfza anın içində nazik can durur.
Bu şahi-pürkərəm, sahibnəzərdirBu şahi-pürkərəm, sahibnəzərdir,Vilayətdir, yəqin nuri-bəsərdir.
Başqa şairlərin şeirləri · Eşq
Tərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
Qəzəl: Tutan könlündə məskən həsrəti-bağı-İrəm çəkməzTutan könlündə məskən həsrəti-bağı-İrəm çəkməz,Görən bir gəz səni ömründə hərgiz dərdü-qəm çəkməz
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbərApardı könlümü bir xoş qəmərüz canfəza dilbər,Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.