Bu qəmzə deyil, bəladır, ey dust,Bu xəndə deyil, cəfadır, ey dust.

Şəkər ləbin ağzıma söyərsə,Söymək deyil ol, duadır, ey dust.

Yer yüzi həvayi-qəddün ilə,Cənnət kimi xoşhəvadır, ey dust.

Dil mürşidinə xəyali-zülfin,Həm xirqəvü həm əsadır, ey dust.

Məqtə — şairin təxəllüsü olan son beyt. Aşiq olalı sana Xətai,"Ba-la" ına mübtəladır, ey dust.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq