İqrar verdim, dönmən ələst bəzmindən
İqrar verdim, dönmən ələst bəzmindən,Verdiyim iqrarı imandan aldım.Başqa seyran gördüm, kəndi özümdən,Bu məhəbbəti mən Mərdandan aldım.
Narü badü xakdan bilin xəlq oldum,Kəndi-kəndim ana rəhmində buldum,Müddət tamam oldu, dünyayə gəldim,Bu ibrətnümayi cahandan aldım.
Bildiyim unutdum, eylərəm fəryad,Dərdim budur: dil yox istəyəm imdad,Təkrar yenə tə’lim etdi bir ustad,Dərsimi məktəbi-ürfandan aldım.
Can gözü qəflətdən açıla düşdü,İkilik pərdəsi seçilə düşdü,Qüdrət xəzinəsi açıla düşdü,Cəvahiri kani-mərcandan aldım.
Bu bir gizli sirdir, hər can duyamaz,Əhli-eşqin qatarına uyamaz,Dəgmə cöhərfüruş baha qoyamaz,Bu dürri-yektadır, ümmandan aldım.
Gəl düşünmə, ağla sığmaz bu elim,Qüdrət xəzinəsinin miftahi dilim,Bir ulu dərgaha ulaşdı yolum,Bilməyən sanır ki, dükkandan aldım.
Ah edib utandım kəndi sözümdən,Məst olub türabə düşdüm özümdən,Qanlı yaş axıtdım iki gözümdən,Macərayi çeşmi-giryandan aldım.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-iqrar-verdim-donmen-elest-bezminden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ta kim, zülfin niqabi mahtab üstündədir,Bir bulud nisbətlidir, kim, afitab üstündədir.
Ta səri-kuyində bu könlüm müqim olmuş dururTa səri-kuyində bu könlüm müqim olmuş durur,Dil məqami baği-cənnati-nəim olmuş durur.
Təala şanəhu əkbər, bu nə hüsni-dilaradırTəala şanəhü əkbər, bu nə hüsni-dilaradır,Cəmalın huridən yeyrək, boyun tubadan əladır!
Vəchində peydadır sənin əncari-zati-kibriyaVəchində peydadır sənin ənvari-zati-kibriya,Ol yüzə qarşuda da şərməndədir şəmsüz-züha.
Başqa şairlərin şeirləri
Ey yüzü gül, ləbi qönçəSiyah zülfü rəsən dilbər
Hər kəs açırsa ağzın, qövlü qərəzdi yeksərHər kəs açırsa ağzın, qövlü qərəzdi yeksər,Bir mətləb üstə hər ay bəhsi-ləsasət eylər,
Ey könül, uyma gəl, ol turreyi-tərrarlərəEy könül, uyma gəl, ol turreyi-tərrarlərəBəndəlik etmə Məsihi kimi zunnarlərə.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.