Ey könül, uyma gəl, ol turreyi-tərrarlərəBəndəlik etmə Məsihi kimi zunnarlərə.

Yıqar, əlbəttə yıqar, axırı bərbad eylər,Versən, ər mənzifi-şəhin şahi əğyarlərə.

Cəkəlim badeyi-səba, tutalım cam ətəyin,Can fəda eyləyəlim məsti-qədəhxarlərə.

Söylə, ey peyki-səba, hali-pərişanımızı,Nə deyir sultanımız, binəva nacarlərə.

Əcəba, varmı əsrarə xəbərdar, deyin,Beylə kim, carə olurmu bu giriftarlərə?

Nəyçün iftadələrin halını sormaz, nəyçün,İltifat eyləməz ol xəsteyi-didarlərə?!

Məqtə — şairin təxəllüsü olan son beyt. Necə ah eyləyəyim, Miri-Nigari, konlumMubtəladır ləbi mul, arizi gulnarlərə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq