Bəxtim bana uz verdi, şərabdarə yetişdim,Opdum ayağın, kaseyi-sərşarə yetişdim.

Hər şamu səhər kaseyi-sərşar ilə omrumSərməst kecib, badeyi-əsrarə yetişdim.

Nəqqaşi-əzəl cəkdi bənim nəqşimi aşiq,Bu rutbeyi-həq dad ilə didarə yetişdim.

Oldum həme dəm nəqşi-Nigarim ilə məşğulƏl dəgmədi bir karə, qələmkarə yetişdim.

Bəxş eylədi ol sərxəti-məşqim bana bir hal,Pərkarə nə hacət, elə bir karə yetişdim.

Hər şamu səhər seyri-suluk eylədim axir,Xaki-qədəmi-Əhmədi-Muxtarə yetişdim.

Məqtə — şairin təxəllüsü olan son beyt. Əlminnəti-Lillahi ki, ey Miri Nigari,Kamim bana yuz acdı, kərəmkarə yetişdim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq