Hər kəs açırsa ağzın, qövlü qərəzdi yeksər,Bir mətləb üstə hər ay bəhsi-ləsasət eylər,Hər bir yetən qoyar boş əngini, nitq söylər,Axır qalar yarımçıq hər məsələ, hər işlər.Biganələr olar cəm bu dadə, bu harayə.

Dünya olubdur yanğın, bir qətrə su tapılmır,Un yox, qəhətdir buğda, xalis çörək tapılmır,Kimdir desin soyulmur, kimdir desin çapılmır.Kimdir desin soyulmur, kimdir desin qapılmır?Məzlum olursa aclar, çox xoşdur əğniyayə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Kəblayılar

Men çox adamlar gormüşəm ki, neçe il həsret çəkib və hər il çavuş çarlıyanda ki, “her on ki, azim kərbibəia əst, xoşbaşəd”, göziinün yaşını əbərati-qətrat. Tiflisin may ayınm yağışJan kİmi töküb qəm-qüssə dəryasına cumandan sonra axırda tab gətirməyib var-yoxun töküb bazara, dəyər-dəymezine satıb üz qoyubdu ziyarətə getmeyə və qayıdıb gələndən sonra hər hansmdan da soruşmuşam ki, sizin bu vacibi-səfariniz neçe ay çəkdi və nə qədər yol getdiniz ve buradan ora neçə mənzildİr; ve o düz, səlamət, rahət, əmniyyet yolların və abad, təmiz, pakizə şəhərlərin bir-birlerinden fasiləsi na qədərdir?Cavab veribler ki, Şüçadan beş yatdıq, yetişdik Mərəndə, oradan on bir yatdıq, çatdıq Binabə və oradan, iyirmi iki yatdıq, yetişdik Tikantəpəyə ve oradan SüIeymanİyyə yolu doqquz yatdıq, yetişdik Qəsri-Şirinə və oradan on yeddİ yatdıq, getdik Xanaqqıya və oradan on beş yatdıq, çatdıq Sİrri-Mərrayə və oradan on üçü yatdıq, çatdıq Kazimeyin-əleyhissalavat-vəssalamə.

3 dəq
Şəriətdə şərm yoxdur

Mən uşaq vaxtımda hərdənbir məscidə gedirdim və çox vaxtlar olardı, görerdim kj, torpağı sanı yaşayasınız, bizim Hacı Axund mənbərin üst pillesində əyləşib ayağında ağ tuman, bağı eşikde, biz uşaqlar küçəda damşdığımız sözlərdən danışır və İstibradən behs açıb, istibranı nə cür etməli və nə növ mövzeyi-mötadı sığallamalı, hamısımn təhrini eynilə camaata göstərir və hamisı gözləri bərələbərələ qalıblar.Mən həqiqət bu işlərə və bu sözlərə çox utanardım və qaiandım məəttəl. Tainki Axundu bir gün girələyib soruşdum ki, cənab Axund, niyə gərək peyğəmbər mənbərində sizin kimi böyük vücudlar, arvaduşağı mülahizə eləməyib belə sözlər danışasınız?

3 dəq
Əshabi-kəhf

Bizim Naxçıvan şehərində hər vaxt ki, bir teziyə məelisi, yainkitəkiyə və ya bir ehsan və qonaxlıq oldu ve şəherin ağbaş, göybaş və sanbaşlart cərgə ilə dallarında mütəkkə ve altlarında döşək yuxan tərəfdə əyləşdilər, danışmağa heç bir söz tapmasalar başlayacaqlar

3 dəq
Ənizə ərəblər və hacılar

Mən uşaqlıqda her hansı hacı və kərbəlayı ki, zİyarətdən qayıdardı və onun görüşünə gedərdim, eşidərdim deyir ki, “fılan yerdə belə ənizeye rast geldik və fılan mənzildə cəmalımız biz ilə belə rəftar etdi, züwara məsləhət gördüler ki, “Süleymanİyyə yolu ilə gedək yavuq olsun” . Çavuşumuz dedi: “Xeyr, orda onizə var. Bicar yolu yaxşıdır ki, qorxusuzdur” . Biz Bİcar yolu getdik, sonra eşitdik ki, Kabla Hosənqulugil Süleymaniyyə yolu gedib ənizeyə rast gəliblər”.Mən bu sözləri eşidəndə həmişə təəccüb edirdim ki, görəsən bu ənizə, ənizə nə deməli sÖzdür. Bu çay adıdır, yer adıdır, ya heyvanat qismindəndir? Sonralarda qandım ki, xeyr, ənizə deyilən, çöllərdə boyümüş bir eins ərəblərdəndir ki, İşləri-peşəlori gəlib-gedən züvvarı güdmək və onlara artıq dərəcədə məhəbbot və ehtiram etməkdir. Mesələn, çox vaxt rast gəldikləri züwar dəstələrinin şeylorini bütün əllərindən alıb apararlar ki, ağanm züvvarma yolda ağırlıq edib əziyyətə və zəhmətə salmasın. Və bəzi vədə ki, bir para züwar anlamayıb bunların bu mehribançtiığmı qəbul etmez, onlar ilə ərəbi deva edərlər, yənİ əllərİndə olan böyük toppuz ilə elə vurarlar ki, züwarın başı darmadağın dağıltb fövri feyzi-şəhadeti dərk eder.

2 dəq

Başqa şairlərin şeirləri