Bu sürahi, filməsəl, bir dilbəri canan durur,Rahi-ruhəfza anın içində nazik can durur.

Məclisi-üşşaqi pürnur etsə ol hər şəb nola,Kim, məlayik şəmi göydə kovkəbi-rəxşan durur.

Səcdeyi-şükr eyləyib hər dəm ayağa baş üçün,Çün görər üstündə daim sayeyi-sübhan durur.

Səbzxət saqilər, andan doldurun peymanələr,Xızr cami tək pürabi-çeşməyi-heyvan durur.

Bir pəri sərvi-səhi qəddir ki, durmuş rəqs üçün,Yoxsa, cənnət məclisində tubiyi-rizvan durur.

Cami-Cəmşidi-Cəmin dövrani xətm oldu tamamDövri-cam indi anındır kim, şəhi-dövran durur.

Budur ol ayineyi Iskəndəri-gitinüma,Munda rövşəndir cahanda hər nə kim, pünhan durur.

Bu sürahidən məvali dolduranda dustkam,Qayğudan düşmən xəvaric yürəgi bir qan durur.

Görmədi heç kimsə mun tək, simtən məhbubi-şux,Kakili-zərrinü taci dəxi nurəfşan durur.

Yerdə əksi çərxi-pür kökəbdir olmuş aşikar,"Nəssi-əzzinəs-səmavət" ayəti-bürhan durur.

Böylə qiymətli cəvahir hansi mədəndən çıxır,Kün-fəkan, mülkün bəha versən, hənuz, ərzan durur.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bu Xətai içdi andan dər əzəl bir cürə mey,Ta əbəd hüşyar olmaz, məsti-cavidan durur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq