Aqil, gəl bəri, gəl bəri,Gir könülə nəzər eylə.Görür göz, eşidir qulaq,Söylər dilə nəzər eylə.

Başdır gövdəyi götürən,Ayaq mənzilə yetirən,Dürlü məsləhət bitirənİki ələ nəzər eylə.

Sufi isən, alıb satma,Halalına haram qatma,Yolun əyrisinə getmə,Doğru yola nəzər eylə.

İki əlin qızıl qanda,Çox günahlar vardır məndə,Ya ilahi, kərəm səndə,Düşgün qula nəzər eylə.

Xətayi aydır: – Ya ğəni,Verən mövla alır canı,Əvvəl kəndi-kəndin tanı,Sonra elə nəzər eylə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri