Bütpərəst oldu könül, bütxanələr küncündədir,Mən bilürmən bu dili-şeyda nələr küncündədir.

Gənci-eşq üçün vücudim şəhrini qıldım xərab,Nişə kim gəncin yeri viranələr küncündədir.

Yusifi-Kənani salmışdır zənəxdan çahinə,Zülfünə bağlı necə, divanələr küncündədir.

Cismimi tərk etdi dil, kuyində tutmuşdur məqam,Kim ki, can tərkin qılur, cananələr küncündədir.

Nərgisi-məsti-xumarın qanımı içməkliyə,Qaşların mehrabi ol məstanələr küncündədir.

Dürlü nəzmim həsrətindən, firqətindən, ey sənəm,Bəhri-çeşmim mədəni dəndanələr küncündədir.

Məqtə — şairin təxəllüsü olan son beyt. Zahid aydır, ey Xətai, rəxti-dəstarın xanı?Qoymuşam meyçün girov, meyxanələr küncündədir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq