Qamətindən münfəildir sayeyi-sərvi bülənd
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Qamətindən münfəildir sayeyi-sərvi bülənd,Həsrətindən ər-əri-şümşad olubdur dərdmənd.
Arizin bağında zülfin tarinə bənd eylə, gəl,İstər isən naleyi-bülbüldən olmaq bəhrəmənd.
Sərbəsər bir tareyi-muyin bəhasidir sənin,Mülki-Təbrizü Ciğatayü Xorasanü Xocənd.
Ta ki, gəldi ey sənəm eşqin xəyalı başıma,Dünyəvü üqba qəmindən keçdimü oldum ləvənd.
Canımı eşqinə təslim eylədim ixlasilə,Ol pəri-peykər məni, yarəb nədən qılmaz pəsənd?
Dər biyabani-təhəyyür qalmışam bixurdu xab,Valehü sərkəştəvü heyranu zaru müstəmənd.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bu Xətai ləblərin eşqində gər ah eyləyə,Ahinin suzindən olur xak ol kuhi-Səhənd.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-qametinden-munfeildir-sayeyi-servi-bulend
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Can olmaz isə, sən təki canan yetər mana,Vəslin bu xəstə könlümə dərman yetər mana.
Daneyi-xalin görəndə mürği-dil pərvaz edərDaneyi-xalin görəndə mürği-dil pərvaz edər,Qeyb ikən ol dəmdə əsrari-məani baz edər.
Dilbəra, bu dərdimə dərman edərsən, vəqtidirDilbəra, bu dərdimə dərman edərsən, vəqtidir,Mən fəqirə lütf ilə ehsan edərsən, vəqtidir.
Dilbarə, canımda dərdin bir dəva nisbətlidirDilbəra, canımda dərdin bir dəva nisbətlidir,Hər cəfa gəlsə mənə səndən, vəfa nisbətlidir.
Başqa şairlərin şeirləri · Eşq
Ey ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Dal əyər, əyərÇən gəlsə dağlara, yellər əsdirər,Qışda çətin gəlsə, dal əyər-əyər.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Batan günəşSən beynimdə doğan qığılcımdan od aldın,Ey ruhumu, eşqimi yetim buraxan günəş,