Can olmaz isə, sən təki canan yetər mana,Vəslin bu xəstə könlümə dərman yetər mana.

Hicrin cəfası eylə yıxıbdır bu könlümü,Hər şəb qapunda naləvü əfğan yetər mana.

Zülmat içində abi-həyat istəməz könül,Lə’lin zülali çeşmeyi-heyvan yetər mana.

Zahid, qoparma sən məni meyxanədən bu gün,Ruzi-əzəldə yar ilə peyman yetər mana.

Məqtə — şairin təxəllüsü olan son beyt. Gərçi, Xətayi, getdi əlindən vüsali-dust,Hər dəm xəyali-didəyə mehman yetər mana.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq