Pərtövi-hüsnündən ey dilbər, cahan pürnur olur
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Pərtövi-hüsnündən ey dilbər, cahan pürnur olur,Binəvadır ki, vüsalından həbibin dur olur.
Ey pəriru sən mana hərgiz nəzər qılsan benaz,Müddəi bu qüssədən eynülyəqin rəncur olur.
Zahidin cövründə gər viran olursa mülki-dil,Ğəm deyil, cana, çü vəslindən yenə məmur olur.
Hüsni dövründə baxın, heç iltifat etməz mənə,Kim, görübdür mövsimi-gül bağiban məqdur olur.
Məqtə — şairin təxəllüsü olan son beyt. Təşnədildir bu Xətai, can veribdir ləlinə,Necə kim ləlin əsəldir, dil ona zənbur olur.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-pertovi-husnunden-ey-dilber-cahan-purnur-olur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qəhrinə, küfrinə cümlə dayandım,Əvvəl iqrar verib dönən gəlməsin.
Gəl könül, pirlərin nəsihətiniGəl könül, pirlərin nəsihətiniBiz tutalım, tutmayanda nəmiz var?
Ərənlər bu yolda hazırdır, hazırƏrənlər bu yolda hazırdır, hazır,Müsahib lövhini dəftərdən qazır,
Bax, nəzər eylə də həmən arif ol.Bir gözəlin vücudunun şəhrinə,Bax, nəzər eylə də həmən arif ol.
Başqa şairlərin şeirləri · Eşq
Bu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
DüşübdüŞəmsəddin elində, Tovuz çayında,Gözüm bu gün bir dildara düşübdü.
İllər, qərinələr keçirsə aləmİllər, qərinələr keçirsə aləm,Yadımda saxlaram hər zaman səni.
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd