Gəl könül, pirlərin nəsihətiniBiz tutalım, tutmayanda nəmiz var?Dost məhəbbətini məhəbbətmizəBiz qatalım, qatmayanda nəmiz var?

Bizə bunu deyən böylə demişlər,Bir loğmayi min can ilə yemişdir,Ərəmlər bir doğru yoldur, qomuşdur,Biz gedəlim, getməyəndə nəmiz var?

Yenə haq səndədir sən sənə baxa,Sən sənə baxıb da sən səndən qorxa,İxlas ilə niyazımızı haqqaBiz edəlim, etməyəndə nəmiz var?

Gəl, Xətayi, iqrarımız güdəlim,Biz bizi görəlim, qeyri nedəlim?Yıxıq könülləri mə’mur edəlim,Biz edəlim, etməyəndə nəmiz var?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri