Ərənlər bu yolda hazırdır, hazır,Müsahib lövhini dəftərdən qazır,Gərəksə, eyləsin min kərrə üzür,Onlar ilə yeyib-içənə lə’nət.

Ağlını bəyənib, iqrarın qoyub,Qalxıb havalanıb, nəfsinə uyub,Təbərra kömlegin əyninə geyib,Əzazil yurduna keçənə lə’nət.

Bəyənməyib ərənlərin sözünü,Mənlik yurduna qondurmuş özünü,Haqq qapıdan döndərmişdir yüzünü,Əzazil donunu biçənə lə’nət.

Ariflər beylə dedilər uluya,Əzazil neyləsin qəlbi doluya,Təbərra oxundu yanlış biliyə,Kəndi biləsinə uçana lə’nət.

Xətayim der: – Birvəliyəm yol ilə,Sultanın töhfəsi hər dəm qul ilə,Könüldə kibr olub soyuq dil iləÖzün məhəbbətdən seçənə lə’nət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri