Dilbəra, hüsnini sane afitab etmiş durur
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Dilbəra, hüsnini sane afitab etmiş durur,Bilməzəm neçün gözümdən dər hicab etmiş durur.
Gəl, xumarəm, yaz məni vəslin meyindən, ey pəri.Şol şərabın həsrəti bağrım kəbab etmiş durur,
Ta yaman göz dəyməyə, ey mah, hüsnin bağına,Həqtaala zülfini pərri-ğürab etmiş durur.
Hafizi-Quran təki, aşiqlər əzbər qılmağa,Həq cəmalın ayəti ümmülkitab etmiş durur.
Ğəm yemən könlüm ki, məskən buldu eşqin küncini,Gərçi ol viranəyi hicrin xərab etmiş durur.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey məhi-namehriban, sorma Xətai halını,Firqətin ol xəstəyi təhti-turab etmiş durur.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-dilbera-husnini-sane-afitab-etmis-durur
← → düymələri ilə keçid, R — təsadüfi şeir