Pərişan zülfi-müşkinin güli-xəndanə düşmüşdür,Ucundan dürlü sevdalar xəti reyhanə düşmüşdür.

Məgər xurşidimiş hüsnin ki, qıldı aləmi rövşən,Kim ol rəxşəndə ənvari məhi-tabanə düşmüşdür.

Qaşın yayını qurmuşsan, bizə əz ğəmzə hər saət,Əya dilbər, onun səhmi yəqin kim, canə düşmüşdür.

Cəmalın iştiyaqından eşitməzsən fəğanimni,Vüsalın iftiraqından könül hicranə düşmüşdür.

Xətai bəndəyə saqi içirmiş cami səhbadən,Görün meyxanə küncündə, əcəb, məstanə düşmüşdür...

Aşiqin aqilə daim sözü divanə gəlür,Aşiqin daim anınçün özü divanə gəlür.

Satma raygan sənəm, Xızrə dodağın suyunu,Xızr əgər istəyə su çeşmeyi-heyvanə gəlür.

Əsrimiş xuni-dilimdən sənəmin xuni gözü,Gər sən inanmaz isən gör ki, nə məstanə gəlür.

Gahü bigah verir tövbə mana vaizi-şəhr,Vaizin tövbəsi şaha, mənə əfsanə gəlür.

Məqtə — şairin təxəllüsü olan son beyt. Aşinadir bu Xətai, sözü iman bilənə,Özünü bilməyənə demə ki, biganə gəlür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq