Qızılgül, bağü bustanım, nə dersən,Fəda olsun sənə canım, nə dersən?

Qərarü səbrü aramım tükəndi,Kəsildi küllü fərmanım, nə dersən?

Hamunun küfr ilə imanı vardır.Mənim küfr ilə imanım, nə dersən?

Əgər yatsam min il torpaq içində,Dürüstdür əhdü peymanım, nə dersən?

Məqtə — şairin təxəllüsü olan son beyt. Xətayi can ilə çün səni sevdi,Sevən ölsünmü, sultanım, nə dersən?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq