Həq kəlami sevmişəm, sureyi-Yasindən mədəd
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Həq kəlami sevmişəm, sureyi-Yasindən mədəd,Kim, mənə incili-fürqanın duasından mədəd.
Ey, behəqqi möcizatı verdin ol Musayə sən,Kim, mənə Musayi-İmranın əsasından mədəd.
Ey Yaradan aləmi, ol şahi-xuban eşqinə,Ol Rəsuli-axiratın möcizasindən mədəd.
Kim ki, kamin almadı, dünyada oldur binəva,Binəvanın vergilən, yarəb, nəvasından mədəd.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bu Xətai, der əzəldən mən İmamın quliyəm,Ey İmami-həq Əliyül-Mürtəzasından mədəd.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-heq-kelami-sevmisem-sureyi-yasinden-meded
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
بر طرف دامنی سر راهی گرفتهام
Kimə söyləyim?“Səndən mənə yar olmaz” operettasından*Səni görən gündən
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Gözlərin mayil olubdur yenə xünxarlığaGözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.