Həq əzəl meyxanəsindən verdi bu cami mana
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Həq əzəl meyxanəsindən verdi bu cami mana,Kainat əhli təəccüb qıldılar qamu mana.
Bilməz idim xətti-rüxsarın sifatın söyləmək,Fitnə çeşmin qəmzəsi öyrətdi ilhami mana.
Səbrü aramım gedibdir görməzəm eynimdə xab,Firqətin bir eyləmişdir sübh ilə şami mana.
Çox cəfa hasil olan səndən mana, ey bivəfa,Aqibət eylər xəyalın rəsmi-bədnami mana.
Köynəyindən çıx, dedim şol sərv gül xəndanıma,Zərrəcə qayınmadı göstərdi əndamı mana.
Ey Xətai, zülfinin zəncirinə qeyd etmə dil,Danədir xali onun həm zülfidir dami mana
Xaki-payın sürmədir, eynimə ənam et mana,Gər qəbul olmaz müradim səndən elam et mana.
Dərdimin dərmani rüxsarini görməkdir sənin,Təşnəyəm billah, dodağın şərbətin cam et mana.
Çün könül xalin ucundan düşdü zülfin qeydinə,Bigünah öldürməgil hər ləhzə aram et mana.
Istəmən zahirdə faş olmaq anınçun gözlərəm,Mehri-eşqin razini, ey yar, ilham et mana.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bu Xətaidən götürgil möhnəti-hicranını,Ey pəriru, tanriçün, ancaq ilzam et mana.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-heq-ezel-meyxanesinden-verdi-bu-cami-mana
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
هزار شکر که آن غمگسار باز آمد
Hər zaman gul yuzunu murği-ravan eylər yadHər zaman gul yuzunu murği-ravan eylər yad,Bülbülü bismilu şuridə kimi eylər dad.
YazıqdırHavayı həvəsə ciyərin yaxma,Ərənlər verdiyi gözə yazıqdır.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.