Ərənlər
Ərənlərin ərkanına, yoluna,Ta əzəldən talib oldum, ərənlər.Can ilə könüldən durdum, düşündüm,Bu gün mürşüdümü buldum, ərənlər.
Can ilə könüldən gəzdim, aradım,Həqqin didarını görmək muradım,Didar ilə məhəbbətdir tələbim,Ya bu gün, ya yarın öldüm, ərənlər.
Keçmişəm sərimdən, qorxmam ölümdən,Münkir bilməz övliyanın halindən,Yəzid oğlu bir xarici əlindənÇox dəmdir didardan qaldım, ərənlər.
Sən haqqı yabanda arama, sağın,Uyduysan qəlbinə, həq sana yaxın,Adəmə xor baxma, kəndini saqın,Cümləsin adəmdə buldum, ərənlər.
Şah Xətayiyəm, ərz edəyim halimi,Xərc edəyim əldə olan varimi,Sürə-sürə şaha gedəm yüzimi,Mürvət qəbul eylə, gəldim, ərənlər.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-erenler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zərreyi-mehrində daim, ey cəmali-afitab,Əbr yüzündən götürgil dutmagil məndən hicab.
Bu gün ələ almaz oldum mən sazımBu gün ələ almaz oldum mən sazım,Ərşə dirək-dirək çıxar avazım,
BuluncaGəl öyüd verəyim, öyüd alırsan,Xidmət eylə genə gülü bulunca.
DegilBu yolun yolçusu olayım dersən,Əldə iki qarpız tutmalı degil.
Başqa şairlərin şeirləri
Gecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi,
TeymurləngəMəşriqü Məğrib müsəxxərdir sənə,Dövləti-nüsrət müqərrərdir sənə,
VarmolaGecə-gündüz qaldım zülmət içində,Mən kimi zülmətdə qalan varmola?
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.