Bilmirəm ki, nə bəlalı qul oldum,Əzəl qara gəldi iqbalım mənim.Nə zaman ki, nəzərimə sataşır,İtir ağlım, huşum, kamalım mənim.

Əsli-Kərəm kimi mən oda yandım,Eşqə düşdüm, öz canımdan usandım,Bimürvətin atəşinə qalandım,Bir soruşan yoxdu əhvalım mənim.

Siyah zülfün dal gərdəndə hörəsən,Əl uzadıb, qönçə gülün dərəsən.İstəsən ki, Ələsgəri görəsən,Göyçə mahalıdı mahalım mənim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq