Hiç sünbül sünbüli-zülfün kimi mişkin degil,Nafeyi-Çini saçın tək derlər, əmma çin degil.

Var gül bərgində həm əlhəq, nəzakət birlə rəng,Leyk, canpərvər ləbi-lə’lin kimi şirin degil.

Mehriban derlər səni əğyarə, lakin mən onaBavər etmən kim, sənə mehr eyləmək ayin degil.

Xublər mehrabi-əbrusinə qılmazsan sücud,Dinini döndərgil, ey zahid, ki, yaxşı din degil.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ta Füzuli qamətü rüxsarına vermiş könül,Maili-sərvü həvaxahi-gülü nəsrin degil.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq