Gərmdir şamü səhər mehrinlə çərxi-lacivərd,Gəh sirişki-al edər izharü gəh rüxsari-zərd.

Sübhə bənzər aşiqi-sadiq, demən aləmdə kim,Bir nəfəs keçməz ki, çəkməz suzi-dildən ahi-sərd.

Yaxşı sanma, ey könül, əhli-xirəd ətvarını,Olma qafil, eşq dərdindən, yaman olmaz bu dərd.

Mümkün olduqca fələk mənsubəsindən qıl həzər,Nişə kim, xali degil bidad nəqşindən bu nərd.

Zülməti-qəm iztirabin çəkməz ol azadə kim,Hər təəllüqdən ola xurşid tək aləmdə fərd.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, kəsmə ol məhvəş vüsalindən ümid,Səbr qıl kim, dövr dövranı degil bihudəgərd.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq