Suludin, firudin* dilim əzbəri,Oxusam, xoş gələr avazım mənim.Qünut, rükum, bir də səcdəm səhv olsa,Neyləsəm, səhihdi namazım mənim.

Günahkardı nə ki yoldan azan var,İki mələk – xeyir-şəri yazan var,Ərəsət var, Qıl körpü var, qazan var,Orda qəbul olsun niyazım mənim.

Ələsgərə şərü böhtan deyənlər,Şeytana qul olub, riba yeyənlər,Zəkatsız dövlətə halal deyənlər,Onlardan halaldı bu sazım mənim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri