Xədd ağardı, isbat oldu qocalıq,Bəyənmir gəlinlər, qızlar da məni.İqbal üz döndərib, baxtım yatıbdı,Gör necə qoyubdu düzlərdə məni!

Layiq deyil qəmzə sata yar yara,Sərraf yoxdu, dərdim çəkəm bazara.Məcnun kimi necə qoydu avaraTanrı burda səni, bizlərdə məni.

Yazıq Ələsgərdən dönüb üzləri,Dost yad olub, yada salmır bizləri.Bivəfa gözəlin tənə sözləriYandırdı odlarda, közlərdə məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri