Dönübdü
A bimürvət, axı səndən ötəriAh çəkməkdən bağrım qana dönübdü.Qədd əyilib, gül irəngim saralıb,Xəzan dəymiş gülüstana dönübdü.
Dindirirəm, danışmırsan, gülmürsən,Xəbər alıb ev halını bilmirsən,Endiribən məclisimə gəlmirsən,Yoxsa, taxtın Süleymana dönübdü?!
Dal gərdəndə siyah zülfün hörübsən,İnkar eyləməynən, ilqar veribsən.Yazıq Ələsgərdən üz döndəribsən,Ya baxt yatıb, ya zamana dönübdü.
Kitabxana.az · https://kitabxana.az/works/elesger-donubdu-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Eşidin, məclisdə arif olanlar,Sərrafam, gövhərim, kanım gedibdi.
Getmə göz önündən, ay Şəkər xanımGetmə göz önündən, ay Şəkər xanım,Könül mayıl olub o qələm qaşa.
Getmə, amandıGözəllər sultanı, mələklər şahı,Alagöz cananım, getmə, amandı!
GəlibdiAllahverdi neylər dünya malını,Vəsf edər Göyçəni – öz mahalını,
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Saldı ol qönçə dəhanın məni sevdaya gəlin,Necə ki gül yanağı bülbülü qovğaya gəlin,
Gəraylı: Rüxsarın ətrafında nə xoşRüxsarın ətrafında nə xoşDüşübdür danə xalların
Səni gər çəksələr, ey dil, bu meydan içrə dar üstəSəni gər çəksələr, ey dil, bu meydan içrə dar üstə,Budur şərti-vəfa kim, dutmayasan yar yar üstə.
Qurban olumSöylə, Löydənmi gəlirsən?Yollarına qurban olum.