Səni gər çəksələr, ey dil, bu meydan içrə dar üstə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Səni gər çəksələr, ey dil, bu meydan içrə dar üstə,Budur şərti-vəfa kim, dutmayasan yar yar üstə.
Çəməndə açılıb güldür demə, ey bağiban bil kim,Cigər pərkaləsidür bülbülün kim, qaldı xar üstə.Məni-zari-zə’ifi görgəc ol məh dedi, vaveylaKim, ölmiş bir ğəribi-natəvan bu rəhgüzar üstə.
Gözün kim, könlümi avla, məni ğəmzən bilə öldürKi, düşməz qan əgər ölsə birü avnə ki, şikar üstə.
Əgər, ey Kişvəri, töksən özünçün yaş həqqindür,Səninçün ağlayan kimdür, gələn daxı məzar üstə.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-seni-ger-cekseler-ey-dil-bu-meydan-icre-dar-uste
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Könül cövrünə qatlanmaz, gedəlim bari şəhrindən,Ana səbrü xirəd yuməz, gedəlim bari şəhrindən.
Gözüm ağlar cəmalın həsrətindənGözüm ağlar cəmalın həsrətindən,Yanar bağrım visalın həsrətindən.
Məni kim, öynə-öynə öldürürsənMəni kim, öynə-öynə öldürürsən,Aşiq öldürməgin cani bilürsən.
Nə bir haziq təbibim var ki, mühlik dərdimi görsünNə bir haziq təbibim var ki, mühlik dərdimi görsün,Nə bir sadiq rəfiqim var ki, kahi halımı sorsun.
Başqa şairlərin şeirləri · Eşq
Düşdüm genə meyxanədə xoşhənglər içrə,Gördüm genə bir rəng ilə gülrənglər içrə.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Lirik mahnı“Onu bağışlamaq olarmı?” filmindən*Mən qəlbimi hər gözələ
Qurban olduğumBilməm, məni neçin atmış, unutmuş,Cövrü-cəfasına qurban olduğum.