Nə bir haziq təbibim var ki, mühlik dərdimi görsün,Nə bir sadiq rəfiqim var ki, kahi halımı sorsun.

Nə var bir həmnəfəs yari, yazayi-nameyi-dərdim,Nə var bir həmnəfəs mürği ki, ol namənni yetkürsün.

Cuda qılğan məni sən lalədən bağrımnı göydürdüKi, yarəb, daği-nömidi anun bağrını göydürsün.

Əgər sən şadimansan kim, mənim dərdü ğəmim artar,İlahi, günbəgün tari ğəmü dərdimni artursun.

Məqtə — şairin təxəllüsü olan son beyt. Eşitdim Kişvərinin ölməginə çox sevinmişsən,Sevindürdin anı yarəb, səni Tanrı sevindürsün.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq