Dilbəra, şəmsüzzühadır ayəti-rüxsarınız,Ayəti-tahavü yasin surəti-didarınız.

Qamətin tubadurur, nun vəl-qələmdir qaşların,Hazihi cənnati-ədnin lə’li-şəkkərbarınız.

Sureyi-vəlleyl zülfün, gözlərin nə’məlbəsər,Leyk sübhanəlləzi-əsradurur əsrarınız.

Surətin vəşşəms oxuram dəmbədəm ixlas iləTa ki, hüsnünü bəladən saxlasın cəbbarınız.

Məqtə — şairin təxəllüsü olan son beyt. Qul kəfa billahidir zikri Nəsimi xəstənin,Həq bilir kim, sümmə-vəchullahdurur didarınız.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq