Səndən iraq, ey sənəm, şamü səhər yanaram
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Səndən iraq, ey sənəm, şamü səhər yanaram,Vəslini arzularam, daxi betər yanaram.
Eşq ilə şövqün odu canıma kar eylədi,Gör necə tabından, ey şəmsü qəmər, yanaram.
Məndən irağ olduğun bağrımı qan eylədi,Oldu gözümdən rəvan xuni-cigər, yanaram.
Şəm’i-rüxün surəti qarşıma gəlmişdürür,Şə’şəəsindən mana şö’lə düşər, yanaram.
Səbr ilə aramımı qapdı əlimdən qəmin,Badi-həvadan degil, qəmdən əgər yanaram.
Çıxdı içimdən tütün, çərxi boyadı bütün,Gör ki, nə atəşdəyəm, gör nə qədər yanaram.
Yandığımız yar üçün, gizli degil, mən dəxiHər nə qədər kim, anın könlü dilər, yanaram.
Məqtə — şairin təxəllüsü olan son beyt. Müddəi yanar demiş qəmdə, Nəsimi üçün,Qəmdə yanan yarı yar çünki sevər, yanaram.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-senden-iraq-ey-senem-samu-seher-yanaram
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəlgil ki, qapdı şövqi-cəmalın qərarımı,Zar eylədi fəraqi-rüxün laləzarımı.
Gəlgil ki, səndən ayru müştaqə can gərəkməzGəlgil ki, səndən ayru müştaqə can gərəkməz,Müştaqə sənsiz, ey can, iki cahan gərəkməz.
Gərçi fəraqə düşmüşəm, eyni-vüsal içindəyəmGərçi fəraqə düşmüşəm, eyni-vüsal içindəyəm,Gəl nəzər eylə halıma gör ki, nə hal içindəyəm.
Gətir, gətir, gətir ol kaseyi rəvanpərvərGetir, gətir, gətir ol kaseyi rəvanpərvər,Götür, götür, götür ol çəngi, bir nəva göstər.
Başqa şairlərin şeirləri · Eşq
O qəragöz ki, mənim eşqdə sultanımdır,Xaki-payı gözümə köhli-Sifahanımdır.
Desəm dünya qədər...Desəm dünya qədər sevirəm səni, inanma,Desəm səma qədər sevirəm səni, inanma.
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
BilürmiƏrz-i halım qasid söylə dilbərə,Gör ki mənim ah-ü zarım bilürmi.