Gəlgil ki, qapdı şövqi-cəmalın qərarımı
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Gəlgil ki, qapdı şövqi-cəmalın qərarımı,Zar eylədi fəraqi-rüxün laləzarımı.
Yarəb, zəmanə həqqinə mən neylədim kim, olMəndən cəfavü cövr ilə ayırdı yarımı?
Yaxdı fəraqın, ey güli-xəndan, məni oda,Gəlgil, söndür abi-vüsalinlə narımı.
Vəslin şikarım olmuş ikən bəxti-sə’dilən,Qaçırdı hasidin gözü məndən şikarimi.
Nəqşü nigarı gör fələkin kim, nə nəqş iləNəqş eylədivü qapdı əlimdən nigarımı.
Mənsuri-eşqə axirətin darı oldu dar,Ol dara gəl ki, ta görəsən anda darımı.
Düşdüm ləbi vüsali-meyindən xümarına,Gəlgil həm ol şərab ilə dəf et xümarımı.
Şövqün qışından ağlayıcı küz tökər yaşın,Vəslin gününə döndərü güldür baharımı.
Ey latə tapıcı, səni eyb etməzəm, nədən,Kim, görməmişsən ol sənəmi-gülüzarimi.
Sən yarı qılmışam iki aləmdə ixtiyar,Məndən kim ayruq ala bilir ixtiyarımı.
Məqtə — şairin təxəllüsü olan son beyt. Xalü xətin şümarını gəl sor Nəsimiyə,Ta sən hesabını biləsən, mən şümarımı.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-gelgil-ki-qapdi-sovqi-cemalin-qerarimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Susadı könlüm nigarın lə’li-ruhəfzasinə,Talibi-şövqəm həbibin surəti-zibasinə.
Şərbətin acı firqətin nuş edərəm şəkər kimiŞərbətin acı firqətin nuş edərəm şəkər kimi,Canımı dutmuşam qəmin qarşısına sipər kimi.
Şol ləbi şirinə, yarəb, gər şəkər dersəm, nola?Şol ləbi şirinə, yarəb, gər şəkər dersəm, nola?Şol günəş təl’ətli ayə gər qəmər dersəm, nola?
Şol tamam ayın üzündən çünki rəf oldu niqabŞol tamam ayın üzündən çünki rəf oldu niqab,Zülmətin dövranı keçdi, zahir oldu afitab.
Başqa şairlərin şeirləri · Eşq
Başına döndüyüm xubların şahı,Bir di görüm indi kimə yar oldun,
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
Çığalı müxəmməsƏğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,
Məni hər kim ki, sevir, gəl ona divanə demə!Məni hər kim ki, sevir, gəl ona divanə demə!Aşina bildiyin öz dostuna biganə demə!