Şol ləbi şirinə, yarəb, gər şəkər dersəm, nola?
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Şol ləbi şirinə, yarəb, gər şəkər dersəm, nola?Şol günəş təl’ətli ayə gər qəmər dersəm, nola?
Adəmi növ’ində mislin görmədi dövri-fələk,Şol cəhətdən gər sana xeyrül-bəşər dersəm, nola?
Şol gül üzrə dağılan ənbər sifətli sünbülə,Ənbərin reyhan, əcəb, ya mişki-tər dersəm, nola?
Bilməyən eşqin təriqin hər xəbərsiz qafilə,Çün hidayət bulmamış, gər bixəbər dersəm, nola?
Sənsiz, ey cani-cahan, bir pula dəyməz kainat,Heçə dəyməz nəsnəyə gər şol qədər dersəm, nola?
Gər üzün ayın görənə, ey cahanın fitnəsi,Şübhəsiz həqqi görən sahibnəzər dersəm, nola?
Kim ki, həqqi pərdəsiz üzündə, ey can, görmədi,Bibəsirətdir, gər ana bibəsər dersəm, nola?
Zülfü rüxsarındır, ey can, sureyi-nurü düxan,Gər bu mə’nidən ana şamü səhər dersəm, nola?
Nuri-imandır cəmalın – kim ki, səddəqna deməz,Kafirü müşrikdir ana div əgər dersəm, nola?
Məqtə — şairin təxəllüsü olan son beyt. Çün Nəsiminin məqamı Qaf imiş ənqamisal,Şol müəllaqədrə gər ari göhər dersəm, nola?
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-sol-lebi-sirine-yareb-ger-seker-dersem-nola
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Üzün bədri cahanın danəsidir,Yerü göy, ayü gün pərvanəsidir.
Üzün nuri-təcəlli məzhəridirÜzün nuri-təcəlli məzhəridir,Sözün dadlısı abi-kövsəridir.
Üzünü surəti-rəhman oxurlarÜzünü surəti-rəhman oxurlar,Xətini sünbüli-reyhan oxurlar.
Üzündə surəti-rəhmanı gördümÜzündə surəti-rəhmanı gördüm,Qaşında qafu vəl-Qur’anı gördüm.
Başqa şairlərin şeirləri · Eşq
Sən onun eşqilə, məhəbbətiləVurmadın ömrünü başa, ürəyim.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Yalvara-yalvaraYarım çıxıb yaylaqlara,Qaldım, yalvara-yalvara.
Öldüm, nedeyim, derdimi bir yara deyən yoxÖldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.