Üzün bədri cahanın danəsidir
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Üzün bədri cahanın danəsidir,Yerü göy, ayü gün pərvanəsidir.
Cahanü dinü dil zülfünə, canım,Əgər layiq düşər, şükranəsidir.
Üzündür ayətəlkürsi anınçün,Kəlamüllah məhrəmxanəsidir.
Saçın zəncirinə düşdü bu könlüm,Müsəlsəl zülfünün divanəsidir.
Qaşınla kirpigin, zülfünlə xalın,Hərami gözlərin məstanəsidir.
Tutuşmuş eşq odu can ilə cismə,Bu dərdi kimsə bilməz yanəsidir.
Məqtə — şairin təxəllüsü olan son beyt. Üzündə abid olmuşdur Nəsimi,Nəsiminin bu gün cana nəsidir?
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-uzun-bedri-cahanin-danesidir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Məlahət gülşənində bir güli-həmrayə həsbəndəm,Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm,
Yoxdur aləmdə bir aşiq kim, ola kami rəvaYoxdur aləmdə bir aşiq kim, ola kami rəva,Gər olub, aşiq degil, aşiqdir kami narəva.
De gəlsinHicran sənətkarı, qəm xiridarı,Qəddar olan, biilqara de gəlsin.
Gəraylı: Haçanacan aman çəkimHaçanacan aman çəkim,Bu zalım hicran əlindən,