Üzün nuri-təcəlli məzhəridir
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Üzün nuri-təcəlli məzhəridir,Sözün dadlısı abi-kövsəridir.
Rüxün şəm’i şüasından nünəvvər,Fələkdə mahü mehrü Müştəridir.
Gözün sehrindən ol Harutü Marut,Asılmış Çahi-Babildə, yeridir.
Fələklər üz sürərlər ayağına,Mələklər xidmətində çakəridir.
Əzazil qaçdı vəslin qürbətindən,Anınçün tövqi-lə’nət zivəridir.
Sədəfdir cümlə məxluqun vücudu,Vücudun ol sədəflər gövhəridir.
Dəmi-Isa ölü dirildər, ammaDəmindən Xızr ilə Isa diridir.
Camalın mö’mini mö’minə mir’atKi, daim mö’minin ol mənzəridir.
Məqtə — şairin təxəllüsü olan son beyt. Nəsimi gövhəridir bəhri-eşqin,Bu bəhrə dalmayan divü pəridir.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-uzun-nuri-tecelli-mezheridir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Eyşü tərəb yari gül, üzar ilə xoşdur,Canü cahan elə bil ki, yar ilə xoşdur.
Ey üzü gül, ləbləri mərcanımızEy üzü gül, ləbləri mərcanımız!Ey gözü nərgis, şəhi-məstanımız!
Ey üzün "nəsrün-minəllah", vey saçın "fəthün-qərib"Ey üzün "nəsrün-minəllah", vey saçın "fəthün-qərib",Ey bəşər surətli rəhman, vey mələksima həbib!
Əcəb lə'linmi şol, ya cahi-əhbab?Əcəb lə’linmi şol, ya cani-əhbab?Əcəb zülfünmü, ya zənciri-pürtab?
Başqa şairlərin şeirləri · Hicran
Söyləmə, sevgilim, vəfasız mənə,Mən ki, yad edirəm hər zaman səni.
Sübhdəm badi-səba türreyi-xubanə dəyərSübhdəm badi-səba türreyi-xubanə dəyər,Götürüb nəkhətin ondan sonra yüz yanə gəyər.
Yaxşı adamların həsrətindəyikBu sözü Ağdaşda - mötəbər bir məclisdə mərhum dostum Qulu Xəlilov dedi.*Balaca, bəstəboy,
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?