Ey üzü gül, ləbləri mərcanımız
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey üzü gül, ləbləri mərcanımız!Ey gözü nərgis, şəhi-məstanımız!
Üzünə qarşı sücud eylər mələk,Səcdəyə inkar edər şeytanımız.
Nunü eynin həq kitabıdır, vəliSurətin nəqşidürür Qur’anımız.
Surəti-həqdir cəmalın, ey nigar,Uş nəbinin sözləri bürhanımız.
Xızr əgər zülmətdə istər abını,Ləblərindir çeşmeyi-heyvanımız.
Şol səfasız sufiyi gör kim, necəDəm urar bimə’rifət heyvanımız.
Favü zadü lamdır Fəzli-ilah,Fəzlinə qurban edəlim canımız.
Hökmünə təslim olur canü könül,Ey vücudum təxtinə sultanımız!
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Nəsimi, gövhərin xərc eyləmə,Olmayınca müştəri cananımız.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-ey-uzu-gul-lebleri-mercanimiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
İxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Gəncə heyKönül qalxıb Bərdə sarı yeridi,Orda bir ölkə var, adı Gəncə hey!..
Yoxsa, ey gül, yenə gülzardə hal eyləmisən?Yoxsa, ey gül, yenə gülzardə hal eyləmisən?Qönçənin bağrını qan, bülbülü lal eyləmisən?