Eyşü tərəb yari gül, üzar ilə xoşdu
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Eyşü tərəb yari gül, üzar ilə xoşdur,Canü cahan elə bil ki, yar ilə xoşdur.
Qanıma gəl bandır əlin, ey nigar, görKim, necə simin əlin nigar ilə xoşdur.
Gəldi gül, açıldı lalə, gəl bəri sun cam,Laləvü gül fəsli-növbahar ilə xoşdur.
Əhli-nəzərdən yaşırma, aç üzünü gəl,Gül gəlicək əndəlib zar ilə xoşdur.
Dara çıx, ey aşiq, söylə anda ənəlhəq,Aşiq olanın həqqə başı dar ilə xoşdur.
Aşiqə ol fəxr yetər ki, olmadı sufi,Dövlət ana kim, bu iftixar ilə xoşdur.
Ta ki, gülünün vəslinə irişməyə hər əl,Çevrəsi anın həmişə xar ilə xoşdur.
Gərçi xoş olmaz xumarı hər sifətə,Qəmzeyi-məstanəsi xumar ilə xoşdur.
Məqtə — şairin təxəllüsü olan son beyt. Aləmi tövhidə çün irişdi Nəsimi,Nar ilə nur olduvü nur nar ilə xoşdur.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-eysu-tereb-yari-gul-uzar-ile-xosdu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dildarə müştaq oldu can, anın camalın arzular,Hicrinə qatlanmaz könül, yarın vüsalın arzular.
Dil sənin şirin kəlamıntək kəlim olmuşdururDil sənin şirin kəlamıntək kəlim olmuşdurur,Can sana bir bəndeyi, əlbət qədim olmuşdurur.
Dinin günəşi, dünyada imanım əfəndiDinin günəşi, dünyada imanım əfəndi,Alimlər ümidi, məhi-tabanım əfəndi.
Dinləgil bu sözü ki, candır sözDinləgil bu sözü ki, candır söz,Aliyü asimanməkandır söz.
Başqa şairlərin şeirləri · Eşq
Hər kim ki, hicri-yar ilə düşsə dimağdən,Heç açılırmı könlü onun seyri-bağdən?
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
DözməzmiEdən yar arzusunu möhnəti-əğyarə dözməzmi?Gülə aşiq olan bülbül cəfayi-xarə dözməzmi?