Dil sənin şirin kəlamıntək kəlim olmuşdurur,Can sana bir bəndeyi, əlbət qədim olmuşdurur.

Müshəfi-hüsnündə şol hərfü xətü xalın sənin,Sətri-bismillahir-rəhmanir-rəhim olmuşdurur.

Istivadan zülfünüz cənnətdə ey huriliqa,Əhli-imana siratül-müstəqim olmuşdurur.

Nəmdürür eynim bu sevdadan həmişə kim, nədən;Qaşların nunü dəhanın hərfi-mim olmuşdurur.

Naşüküftə zanbağam, əngüşti-xatəmdir məgərKim, fələkdə mahi-bədr andan dü nim olmuşdurur.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid andan bəlli kim, şaha, qapına yastanır,Fariğ əz rizvanü bağ, eyşi-nəim olmuşdurur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri